Satınalmada şəffaflığı təmin etmək üçün elektron sistem  genişlənməlidir - Vahid Əhmədov

13:45 24.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Satınalmaların tətbiq dairəsini genişləndirməliyik. Elə orqanlar var ki, dövlət büdcəsinin 14-15 faizini təşkil edir. Amma satınalmalarda iştirak etmir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Dövlət satınalmaları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

V.Əhmədov qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanununun qəbulundan  22 il keçib və müasir tələblər yeni qanunun qəbul olunmasını vacib edir.  

Deputat eyni zamanda qeyd edib ki, satınalmalarla bağlı vəziyyət 18.6 milyard olmaqla dövlət büdcəsinin 20 faizini təşkil edir.

“Satınalmaları 30 faizə qaldırmalıyıq. Kiçik, orta sahibkarlığın satınalmalarda iştirakı təmin edilməlidir. Şirkətlər tenderlərdə iştirak etməlidir”.

V.Əhmədov hesab edir ki, satınalmada şəffaflığı təmin etmək üçün elektron sistem  genişlənməlidir.

“Elə şirkətlər var ki, tenderi udurlar. Amma üzərindən vaxt keçəndən sonra udan şirkət tenderdən kənarda qalır. Ona görə də,  bir gün də vaxt vermədən tenderi udan şirkəti portalda elan etmək lazımdır. Satınalma komissiyalarının təyin edilməsi, bu qanun layıhəsində var”.